təxmini hesabat aparmaq

* to chalk on the barn-door производить приблизительные подсчёты
təxmini desək
təxmini olaraq (təqribi, təqribən)
OBASTAN VİKİ
Hesabat
Hesabat (ing. Report, rus. отчет) – verilmiş mövzu üzrə informasiyanın, adətən, müəyyən çap blankı, yaxud forması şəklində verilməsi. Uyğun proqramın köməyilə hazırlanmış hesabatlarda mətn, qrafika və diaqram ola bilər. Verilənlər bazalarının idarəolunması proqramlarında hesabat formaları yaratmaq və onları generasiya etmək üçün xüsusi proqramlar ola bilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hesabat (jurnal)
Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur. Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu. Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı. 2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.
Hesabat generatoru
Report generator ~ генератор отчетов ~ rapor üreteçi ~ hesabat generatoru – verilənlər bazasından alınan informasiyanı çap etmək üçün istifadəçinin yaratdığı “formalar” şəklində hesabtlardan istifadə edən tətbiqi proqram növü (adətən, verilənlər bazasının idarəolunması proqramının bir hissəsi). Hesabat generatorundan avtomatik olaraq başlığı, kolontitulu, səhifə nömrələri və b. qoyulmuş rahat oxunan sənəd, yaxud blank yaratmaqan ötrü yazının müəyyən sahələrini, yaxud yazılar qrupunu seçmək üçün istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hesabat jurnalı
Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur. Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu. Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı. 2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.
İllik hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat — şirkətin nağd pul vəsaitlərinin mənbələri və hesabat dövründə istifadəsi haqqında hesabatı, birbaşa və ya dolayı yolla , şirkətin əsas mənbələrə görə təsnifləşdirilən nağd pul daxilolmaları və onun pul vəsaitlərini göstərin. dövr ərzində əsas istifadə istiqamətləri üzrə təsnifləşdirilmiş ödənişlər. Hesabat əməliyyat nəticələrinin, qısamüddətli likvidliyin, uzunmüddətli kredit qabiliyyətinin ümumi mənzərəsini təqdim edir və şirkətin maliyyə təhlilinin aparılmasını asanlaşdırır. Uzun tarixə malik olan balans və mənfəət və zərər haqqında hesabatdan fərqli olaraq, pul vəsaitlərinin hərəkəti haqqında hesabat XIX əsrin 60-cı illərində maliyyə istifadəsinə verilmişdir . XIX əsrin 60-cı illərinin ortalarında vəsaitlərin istifadəsi və mənbələri haqqında sənəd olan pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib edilməsinə ümumi yanaşma formalaşdı. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tarixi 1863-cü ilə, böhrandan çıxan Dowlais Ironworks-in hesablarda mənfəət göstərdiyi, lakin yeni domna sobası almaq üçün kifayət qədər nağd pulu olmadığı vaxta təsadüf edir. Vəsait çatışmazlığını izah etmək üçün şirkətin menecerlərindən biri hesabat tərtib etdi və onu müqayisəli balans adlandırdı. Hesabata əsasən məlum oldu ki, şirkətdə həddən artıq inventar var (görünür, onların alınmasına xeyli vəsait xərclənib). Bu hesabat müasir pul vəsaitlərinin hərəkəti hesabatının yaradıcısı oldu. Cari formatda pul vəsaitlərinin hərəkəti haqqında hesabat 1988-ci ildə ABŞ-da pul vəsaitlərinin hərəkəti əməliyyat, maliyyə, investisiya fəaliyyətlərindən hərəkətlərə bölünməyə başladığı zaman hazırlanmışdır .
Daşnaksutyun Partiyasının edəcəyi bir şey yoxdur (hesabat)
Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur (erm. Դաշնակցությունը անելիք չունի այլևս) — Ermənistan Demokratik Respublikasının ilk baş naziri olmuş Hovannes Kaçaznuninin 1923-cü ildə Buxarestdə, "Daşnaksütyun" partiyasının baş qurultayında SSRİ və Avropa nümayədəliyinin qarşısında, Paris Konfransına təqdim etdiyi 128 səhifəlik, partiyanın keçmişi ilə kəskin hesablaşma və özünütənqid səciyyəsi daşıyan hesabatdır. Hovannes Kaçaznuni 1867-ci ildə Gürcüstana aid Axalsıxs bölgəsində dünyaya gəlib. İlk təhsilini doğulduğu şəhərdə, orta təhsilini Tiflisdə başa vurduqdan sonra,1887-ci ildə Sankt-Peterburqdakı Memarlıq İnstitutuna daxil olaraq, 1893-cü ildə birinciliklə bitirdi. Təhsilini başa vurduqdan sonra, 1893-1895 və 1899-1906-cı illərdə Bakıda, 1895-1897-ci illər arasında Batumi və 1897-1899-cu illərdə Tiflisdə memar işləyib. 1899-1906 illəri arasında Bakıda memar olaraq çalışaraq xəstəxanalar və çoxmərtəbəli binalar dizayn etdi,ən diqqətəlayiq işi 1911-ci ildə tamamlanan Müqəddəs Faddey və Varfolomey kilsəsi oldu. 1906-cı ildən sonra həyatını siyasi və ictimai fəaliyyətə həsr etdi. Bir müddət Bakıda da işləyən Kaçaznuni daşnaklarla da Bakıda tanış olub. 1917-ci ildə Erməni Milli Şurasına üzv qəbul edilib, 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasında dövlət xeyriyyəsi naziri kimi çalışıb. Elə həmin il yaradılan Ermənistan Respublikasının baş naziri olan Daşnaksütyun Partiyasının lideri kimi də şöhrət qazanıb.